BƏƏ rəhbərliyi Azərbaycan xalqını təbrik etdi

media-hightechnic-468x90

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləyirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum da Prezident İlham Əliyevi də təbrik edib:

“Ölkənizin milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan Respublikasının Hökumətinə və xalqına tərəqqi və rifah arzulayıram.

Xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edəsiniz”.

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyan da Azərbaycan liderinə təbrik ünvanlayıb:

“Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluğumu bildirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi diləyirəm.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600