Bəhreyn Ebola səbəbindən üç Afrika ölkəsindən girişə məhdudiyyət qoydu

media-hightechnic-468x90

Bəhreyn hakimiyyəti Ebola virusunun yayılması ilə əlaqədar Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudandan gələn xarici vətəndaşların ölkəyə girişini müvəqqəti dayandırıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Bəhreyn İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətlər mayın 19-dan qüvvəyə minəcək və 30 gün davam edəcək.

Qərar həmin ölkələrdən birbaşa gələn şəxslərə, eləcə də son 30 gün ərzində bu dövlətlərin ərazisində olmuş xarici vətəndaşlara şamil olunacaq.

Bildirilib ki, Bəhreyn vətəndaşları ölkəyə qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar protokollara əməl etməli olacaqlar./Apa

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05