Bəhruz Məhərrəmov: "Hər kəs məcburi köçkün statusundan qurtulmaq arzusunda olub
Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Bəhruz Məhərrəmov deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə nəticəsində artıq vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar. Bu proses çox uğurla reallaşmaqdadır. Səksən mindən artıq insanın təhlükəsiz və ləyaqətli şəraitdə qayıdışı, özlüyündə kifayət qədər ciddi bir tarixi hadisədir”, – deyə o bildirib.













