Bələdiyyə binası yandı

media-hightechnic-468x90

69610Zaqatalanın Maqov kəndində mədəniyyət evi və yerli bələdiyyə orqanının yerləşdiyi binada yanğın baş verib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, hadisə səhər saatlarında başlayıb. İlkin ehtimala görə, yanğın binada elektrik naqilində qısa qapanma səbəbindən baş verib.

Hadisə yerinə 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğınsöndürənlərdən biri hadisəyə müdaxilə edərkən xəsarət alıb. Hazırda dam örtüyü sındırılaraq binaya girməyə və yanğına müdaxilə etməyə çalışılır.

Son məlumatlara görə, yanğın nəzarət altına alınıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa