“Benfika” – “Qarabağ” oyununa təyinat aldı

media-hightechnic-468x90

Türkiyənin FIFA dərəcəli keçmiş hakimi Cüneyt Çakır “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda keçirəcəyi oyuna təyinat alıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi Ağdam klubunun Portuqaliyada “Benfika”ya qarşı oynayacağı matçın hakim-inspektoru olacaq.

O, ötən mövsüm Azərbaycan çempionunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirdiyi matçda da eyni funksiyasını yerinə yetirmişdi.

Qeyd edək ki, sentyabrın 16-da Lissabonda təşkil ediləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05