Benzema “Əl-İttihad”dan ayrıla bilər

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən fransalı futbolçu Kərim Benzema komandadan ayrılmaq üzrədir.

Yenicag.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Buna səbəb klubun hücumçuya verdiyi vədlərə əməl etməməsidir. 38 yaşlı oyunçu yeni müqavilə ilə bağlı apardığı danışıqları dayandırıb.

Kərim Benzemanın “Əl-İttihad” ilə sözləşməsi bu ilin yayında başa çatacaq.

Qeyd edək ki, Kərim Benzema “Real Madrid”lə yanaşı, ölkəsində “Lion” komandasının da formasını geyinib. O, 2023-cü ilin yayından “Əl-İttihad”da çıxış edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa