Benzin və dizellə dolu daha 2 avtomobil Xankəndiyə yola salındı

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Yenicag.az-a verilən məlumata görə, 2023-cü il sentyabrın 26-da bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil yola salınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600