Bərdə sakinində narkotik aşkarlandı

media-hightechnic-468x90

Bərdə rayon sakinindən heroin aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş G.Abışov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 160 qram heroin, 792 qram metamfetamin və 2 ədəd elektron tərəzi götürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600