Bərdə-Tərtər yolunda faciə

media-hightechnic-468x90

80099Bərdə -Tərtər yolunun 5-ci km-də Bərdənin Zümürxan kəndi ərazisində ağır yol qəzası baş verib. Kənd sakini Zabil Əhmədovu yolla hərkətdə olan Tərtər rayon sakini İlqar Hümbətovun idarə etdiyi BMW markalı avtomobil vurub.

media-banner_tuq

Hadisə şahidlərinin sözlərinə görə, Zabil Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili kənarda saxlayaraq yolu keçmək istəyərkən maşının açarları yerə düşüb. Açarları götürmək üçün geri qayıdan zaman BMW ona çırpılıb.

Xəsarət alan 46 yaşlı Zabil Əhmədov Bərdə MRX-na çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. BMW-nin sürücüsü 25 yaşlı İlqar Hümbətov artıq polis tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi ərazidə piyada keçidi də var. Hələlik Zabir Əhmədovun yolu keçərkən piyada keçidindən istifadə edib-etmədiyi məlum deyil.

hadisə yerində Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları araşdırma aparır. Hadisənin dəqiq səbəbləri də araşdırmalardan sonra məlum olacaq. (anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05