Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bərdədə gənc oğlanın ölümü ilə bağlı rəsmi açıqlama

Avqustun 26-da saat 15 radələrində Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən avtomobilyuma məntəqəsində işləyən Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan Yenicag.az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Niyaməddin Həsənov işlədiyi avtomobilyuma məntəqəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində yıxılıb və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

www.yenicag.az

226
reyting.az
www.onlinepress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100