Bərə yanaraq kül oldu, 12 yaşlı qız itkin düşdü

media-hightechnic-468x90

b95a00d67f201432a40c6648bca1f16aTailandın cənubunda Pxuket adası və Krabi əyaləti arasında üzən bərə yanaraq batıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, insident nəticəsində 12 yaşlı İsrailli qız itkin düşüb, 114 nəfəri xilas etmək mümkün olub.

Bərənin sahildən 10 km aralıda batdığı bildirilir. Yaxınlıqdakı turist və balıq qayıqları hadisə yerinə özlərini çatdıraraq insanları xilas ediblər.

“İtkin düşmüş 12 yaşlı qızdan başqa bərənin bütün sərnişinləri Pxuket adasına qaytarılıb”, deyə Krabi əyalətinin sahil mühafizəsinin nümayəndəsi bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600