Berlin sülhə SƏSLƏYİR: Ştaynmayerin kompromis məsələsi NƏ İDİ?

media-hightechnic-468x90

“Bizim maraq və məramımız sülhü bərqərar etməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Deputat Almaniya prezidenti Frank-Valter Ştaynmayerin ötən gün yekunlaşan Azərbaycana səfərini və rəsmi Berlinlə Bakı arasında sülh danışıqları ilə bağlı səslənən fikirləri şərh edib.

“Məlum məsələdir ki, Almaniya prezidenti özünü rəhbər kimi danışıqlarda göstərməyə çalışır. Onun bir müddət öncə özünün sosial şəbəkələrdə məlum yazısı və sonradan onu silməsi məsələsinə toxunsaq, Almaniya dövlətində əsas qərarları verən, eyni zamanda, ciddi siyasi addımlar ata biləcək fiqurlar Almaniya kansleri və Bundestaqda təmsil olunan partiyalardır. Buna görə də məhz bir prezident kimi bu çıxışları etməkdə məqsədi Azərbaycana yaxınlığını bir daha göstərməkdir. Lakin kompromisə getmək məsələsini açıqlamamaqda, düşünürəm ki, məhz Azərbaycanda olduğu üçün belə bir addım atdı”.

A. Nağıyev qeyd edib ki, Azərbaycan qətiyyətli və bütün dünyada öz sözünü demiş bir ölkə olaraq Ermənistana konkret şərtlərini açıqlayıb:

“Azərbaycan dünyada öz sözünü deyən, qətiyyətli dövlət başçısı olan, sözündən dönməz və eyni zamanda, müstəqil xarici və daxili siyasəti olan dövlətdir. Bizdə hər hansı bir məsləhətlə kompromisə getmək məsələsi alınan deyil. Bunu nə qədər Almaniya prezidenti desə də, cənab Prezidentin qətiyyətini bir daha gördük ki, o “top” erməni tərəfdədir. Biz fikrimizi dedik, bizim konkret təklifimiz budur, bundan o tərəfə kompromis yoxdur. İndi bu məsələni Almaniya da, digər dövlətlər də, bütün dünya da dərk etməlidir ki, bizim maraq və məramımız sülhü bərqərar etməkdir. Lakin elə həmin o Almaniyanın da vizual kəşfiyyatçılarından ibarət bir dəstə bu gün şərti sərhəddədir. O cümlədən digər Avropa dövlətlərindən də şərti sərhəddə olanlar var. Demək bir başqa şeydir, əməl başqa şey. Doğrudan da onlar Bundestaqda qalxıb bu çıxışı etsələr ki, bu gün sülhün bərqərar olmasında əsas məqsəd konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun həmsədrliyinin ləğvidir, bu tam başqa bir məsələ olardı”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600