Berlində 20 yanvar şəhidləri anıldı

media-hightechnic-468x90

10410613_1598419870381764_6036545444270223079_n1990-cı il Sovet qoşunları Azərbaycan xalqının milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakı küçələrində əliyalın əhaliyə qarşı törətdikləri qiyamdan 25 il ötdü.

Azərbaycan Tələbə Şəbəkəsi bu faciənin ildönümündə yad edilməsi məqsədilə Berlində Azad Evangel kilsə icmasında 20 yanvar axşamı xatirə konserti təşkil etdi. Almaniyada təhsil alan Azərbaycanlı tələbələrin, iş adamlarının, və xarici qonaqların iştirak etdiyi tədbirdə şəhidlərin xatirəsinə həsr olunmuş çıxışlar dinlənildi. Potsdam Universitetinin professoru Prof. Fuhrman və Almaniyada təhsil alan Azərbaycanlı tələbə İbrahim Mirzəyev faciəvi hadisənin tarixi və hüquqi təqdimatını qonaqların nəzərinə çatdırdı. Azad Evangel kilsəsinin postarı öz çıxışında Qara Yanvar haqqında məlumatlı olduğunu və bunu bəşəriyyətə qarşı bir qətliam hesab etdiyini vurğuladı. Tədbir skripka və pianinonun müşayiətilə məşhur opera müğənnisi Anna Şafajinskayanın ifasında ariyalar səsləndirilməsilə davam etdi.

 

1546380_1598419867048431_5456879184298408288_n 10409015_1598419880381763_2576522191941141871_n 10410613_1598419870381764_6036545444270223079_n 10425862_1598419883715096_9061299669115340211_n 10620808_1598419873715097_4292045998694923197_n 10933767_1598419877048430_6608149144189088586_n

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600