!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzaninin oyunu üzə çıxdı: 200 min yəhudini...  

!Reklam – Yazi

Referendum və Kürdüstan məsələsində İsraildən dəstək görən Məsud Bərzani İsraildə yaşayan kürd əsilli 200 min yəhudini bölgəyə gətirməyi planlaşdırır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Bərzani kürd əsilli yəhudilərin Şimali İraq və Suriyaya geri qaytarılmasını və bu ərazilərdə məskunlaşdırılmasını istəyir. Beləliklə də kürd lideri regiondakı sosial dayağını möhkəmləndirməyi düşünür.

Şimali İraqda yayımlanan İsrail-Kürd jurnalının dərc etdiyi dosyedə Bərzaninin İsraillə olan əlaqələrinə geniş yer ayrılıb və onun 200 min kürdün geri qayıtması ilə bağlı gözləntilərindən bəhs edilib. İsrail qurulduqdan sonra İraq və Suriyadakı yəhudilər ölkəyə gətirilərək yüksək vəzifələrə təyin ediliblər.

Qeyd edək ki, “müstəqillik referendumu” məsələsində Bərzanini dəstəkləyən tək ölkə İsraildir.

www.yenicag.az

1307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv