!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beşdən çox uşağı olan anaların müavinəti nə vaxt veriləcək? - AÇIQLAMA

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli Fərmanı ölkəmizdə çoxuşaqlı anaların sosial müdafiəsinin gücləndirilməsində mühüm rola malikdir. Fərmanla beşdən çox uşağı olan qadınların hər bir uşağına görə aylıq sosial müavinət ödənilir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı digər müavinət növləri kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin də əhəmiyyətli dərəcədə artmasına imkan verib. Belə ki, gələn ayın, yəni aprelin 1-dən həmin müavinətin məbləği 55 manata çatdırılacaq.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilib.

Misal üçün, ailədə 6 uşaq varsa həmin ailəyə qeyd olunan müavinət kimi aylıq 330 manat (hazırkı məbləğlə müqayisədə 132 manat çox) vəsait ödəniləcək.Hazırda Azərbaycanda beşdən çox uşağı olan qadınların 9 min nəfər uşağına bu müavinət verilir.

25 fevral 2019-cu il tarixli Sərəncam müddətli həqiqi hərbi xidmət qulluqçularının 16 yaşa (ümumtəhsil məktəblərində əyani təhsil alanlar 18 yaşa) çatmamış uşaqlarının hər biri üçün ödənilən aylıq müavinətin də məbləğinin artmasını nəzərdə tutur. Aprelin 1-dən həmin müavinət 68 manatdan 100 manata çatdırılacaq. Hazırda 120 nəfər uşağa bu müavinət növü ödənilir.

www.yenicag.az

2369
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv