Nigar onları İFŞA ETDİ: “Sirrimi yaydılar, ən çətin vaxtımda məni…”
“Halımın pis vaxtlarında onları yanımda görmədim”.
Yenicag.az xəbər verir ki, Əməkdar artist Nigar Şabanova bu sözləri “Öz aramızda” verilişində deyib.
Sənətçi ağır dönəmlərində yanında olmayan, ona zərbə vuran, sirlərini açan həmkarlarından danışıb. O, həmin insanları həyatından çıxardığını söyləyib:
“Çətin dönəmlərimdə sirlərimi açdılar, yazdırdılar. Onlar həm həmkarlarım, həm dostlarım, rəfiqə bildiklərim idi. Halımın pis vaxtlarında onları yanımda görmədim. Dedim, bəli, deməli, illəri boşa vermişəm. Mən həddən artıq fədakaram, amma fədakarlığımın qarşılığında o şeyləri görəndə özümə “stop” deməyi bacarıram. Şükürlər olsun ki, indi sakit həyatım var. Onlar sonradan yanımda olmağa cəhd etdilər, amma bu, artıq mümkün deyil”.
Nehru













