!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəşər tarixinin ən pis ili açıqlandı

!Reklam – Yazi

Alimlər bəşər tarixinin ən pis ilini müəyyən ediblər.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 1918-ci ildə ispan qripi dünya əhalisinin üçdə birinə yoluxmuş və 50-100 milyon insanın ölümünə səbəb olmuşdur.

1347-1351-ci illərdə isə “Qara Ölüm” Avropanı viran qoymuş, əhalisinin 30-50%-ni öldürmüşdü. Bununla belə, bir çox tarixçilər və elm adamları 536-cı ilin bəşər tarixində ən fəlakətli il kimi bütün digərlərini üstələdiyini iddia edir.

Həmin ildə İslandiyada bir sıra güclü vulkan püskürmələri atmosferə kül və dağıntılar buraxaraq Şimal yarımkürəsini 18 ay qaranlığa qərq edib. 535-536-cı illərin “soyuma illəri” kimi tanındığı bu dövr qlobal temperaturun 1,5-2,5°C kəskin azalmasına səbəb olub, Avropa, Yaxın Şərq və Asiyada məhsul çatışmazlığına və geniş qıtlığa sgətirib çıxarıb.

Bu hadisələr əhalini xəstəliklərə qarşı həssas edib və eramızın 541-ci ildə Yustinian vəbası kimi tanınan bubon vəbasının ortaya çıxması ilə nəticələnib. Bu xəstəlik dalğası Şərqi Roma imperiyasını viran qoyub, əhalisinin üçdə birini məhv edib və tənəzzülünü sürətləndirib.

Harvard Universitetindən tarixçi Maykl Makkormik 536-cı ili “yaşamaq üçün ən pis dövrlərdən birinin başlanğıcı” kimi təsvir edibş Bizans tarixçisi Prokopi, qorxunc şərtləri qeyd edərək yazırdı ki, “Günəş bir il ərzində ay kimi parlaqlığı olmadan öz işığını yayırdı”. Hətta yayda Çinə qar yağıb və İrlandiyada 536-cı ildən 539-a qədər kütləvi aclıq qeydə alınıb.

Bern Universitetindən Mixael Siql tərəfindən aparılan əlavə tədqiqatlar vulkanik aktivliyin həddindən artıq soyuqlara səbəb olan dövri amil olduğunu müəyyən edib. Siql komandası qısa müddət ərzində üç fəlakətli püskürmənin sübutunu tapıb – biri 535 və ya 536, ikincisi 540 və üçüncüsü 547-ci illər. Bunların hər biri onsuz da ağır olan vəziyyəti daha da pisləşdirib. Bu ekoloji fəlakətlər Avropanı eramızın 640-cı ilə qədər davam edən iqtisadi durğunluğa sürükləyib.

Beləliklə, 536-cı il hadisələri və onların nəticələri təbii fəlakətlər qarşısında insan cəmiyyətinin acizliyini nümayiş etdirir. Bu fəlakətlər həm də ekoloji, sosial və iqtisadi sistemlərin qarşılıqlı əlaqəsini xatırladır, tarixin öyrənilməsini gələcək problemləri anlamaq və yumşaltmaq üçün vacib edir./unikal

www.yenicag.az

136
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv