Beşqat dünya çempionumuz onunla döyüşəcək

media-hightechnic-468x90

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.

Yenicag.az xəbər verir ki, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq. Əməkdar idman ustası ABŞ-ın Los Anceles şəhərində baş tutacaq yarışın əsas döyüşlərindən birində qələbə uğrunda mübarizə aparacaq. 77 kq çəki dərəcəsində çıxış edəcək Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşəcək.

ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600