Beton qarışdıran maşında yemək hazırlanıb

media-hightechnic-468x90

10328Danimarkada xəstəxanalar və qocalar evləri üçün yeməyi beton qarışdıranın köməyi ilə hazırlayan “Nordic Ingredients” şirkətinin fəaliyyəti dayandırılıb.

Yerli mətbuatın bu haqda yazması ölkədə böyük səs küyə səbəb olmuşdu.

Danimarkanın Baytarlıq və Ərzaq Nəzarətinə Dövlət Xidməti şirkətin gigiyena qaydalarının pozulması faktını aşkar edib. Şirkət pasiyentlər üçün jeleyə bənzər qida istehsal edirmiş.

“Bu inşaatçıların istifadə etdiyi narıncı rəngdə olan beton qarışdıran idi. Onun içində əvvəlki istifadələrdən qalan qatlar var idi ki, bu da bakteriyaların və başqa mikroorqanizmlərinyayılmasına xidmət edə bilərdi”, – deyə xidmətinin əməkdaşı Qenriyett Minster bildirib.

“Nordic Ingredients”-ə xəstələr üçün qidanı dövlətqurumları sifariş edib.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600