Beyin qanaması keçirən aktyordan xəbər var
YENİCAG.AZ xəbər verir ki, Kenan İşığın Almaniyadakı müalicəsi nəticə verməyə başlayıb. Məşhur aktyor və teleaparıcı artıq gözləriylə ünsiyyət qurur və bədənini dik tuta bilir.
5,5 ay əvvəl idman zalında qəfil yıxılaraq beyin qanaması keçirən Kenan İşığın vəziyyəti yaxşılaşır. 1 aydır Almaniyada xüsusi bir klinikada müalicə alan məşhur aktyorun son vəziyyəti haqqında yoldaşı Beril İşıq xəbər verib. O, verdiyi açıqlamada “Artıq gözləriylə ünsiyyət qura bilir” deyib.
Yoldaşının mütəmadi olaraq fizioterapiya və ergoterapiya ilə məşqul olduğunu deyən Beril, həmçinin “Təkərli kürsüsündə bəzən bütün gün oturur, bəzən isə ayaq üstə dayanır. Artıq özü köməksiz dayana bilir. Əvvəl bunların heç birini edə bilmirdi” vurğulayıb.