Beyləqanda maşın kanala aşdı, sürücü öldü

media-hightechnic-468x90

Dünən saat 16:00 radələrində Sumqayıt şəhər sakini Vüqar Məmmədov “Mercedes” markalı avtomobillə Beyləqan rayonunun ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili Yuxarı Qarabağ kanalına aşırıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, nəticədə sərnişinlər – Sura Balayeva və Rəşad Məmmədov hadisə yerində ölüblər. Sürücü V.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600