Cahangir Hacıyevin istefası: “Bankda ciddi problemlər var” – Yenilənib

media-hightechnic-468x90

2c1ca089a9831089c9be8f0ddf82434bAzərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib.

Yenicag.az ABB-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının martın 18-də keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Qeyd edək ki, Mərkəzi Bankın banklarla bağlı son məktubundan sonra bank sektorunda ciddi dəyişikliyin olacağı gözlənilirdi. Cahangir Hacıyevin istefasının da bu prosseslə bağlı olduğu ehtimal olunur.

İqtisadi ekspert Natiq Cəfərli məsələ qısaca olaraq belə münasibət bildirdi: “Bankda ciddi problemler var, yəqin ki, səbəb budur. Bank sisteminə birbaşa təsir etməsə də (bank dövlətindir, ona görə), amma pis gözləntiləri, stressi artırır”.

Kamran

Mövzunu diqqətdə saxlayacağıq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600