“Bəzi dairələr din əbasına bürünərək, …”

media-hightechnic-468x90

06b8c8a14e7b5d422a0a72f37f38a788 (1)“Bu gün dindən siyasi məqsədlər üçün istifadə olunmasını müşahidə etməkdəyik. Bəzi dairələr din əbasına bürünərək çirkin məqsədlərini həyata keçirmək istəyir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “Dövlət-Din münasibətləri və vətəndaş cəmiyyəti” adlı konfransda deyib.

M. Qurbanlı qeyd edib ki, bu dairələr bütün ölkələrdə var: “Xüsusilə İslam aləmində bu dairələrin acınacaqlı əməllərini, çoxsaylı insanların fəlakətə aparılmasını görürük. Bu gün dünyada müxtəlif münaqişələr gedir və çox təəssüf ki, bu münaqişələr arasında İslamla əlaqələndirilənlər daha qabarıq nəzərə çarpır”.

Komitə sədri deyib ki, Azərbaycanda dövlət-din münasibətlərinə çox diqqət verilir, bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilir: “Bu istiqamətlərdən ən mühümü ictimaiyyətlə əlaqələrin genişləndirilməsidir. Burada da QHT-lərin böyük rolu var”.

M. Qurbanlı bildirib ki, qanunvericilikdə bu məsələ ilə bağlı çox mühüm dəyişikliklər edilib: “İctimai iştirakçılıqla bağlı yeni qanun hazırlanmasının ardınca Cinayət Məcəlləsində din adı altında terror təşkilatların qoşulanlara qarşı ciddi dəyişikliklər edildi ki, bu, profilaktik tədbirlərin alınmasına səbəb oldu. Başqa ölkələrdə baş verənlər bura sirayət etməməlidir. Bu yolda həm ziyalılarımızın, həm vətəndaş cəmiyyətinin, həm də dini icmaların çox böyük rolu olmalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600