!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi ərazilərdə görünüş 500 metrədək məhdudlaşdı

!Reklam – Yazi

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Yanvarın 17-si saat 9:00-a olan məlumatına əsasən, hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Lerik, Şahdağ, Beyləqan, Salyan, Astara, Biləsuvar, Cəlilabad, Şahbuzda 1 mm-dir. Dağlıq rayonlarda qar yağıb, yağan qar örtüyünün hündürlüyü Şahdağ, Daşkəsən, Lerikdə 1 sm-dir.

Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gəncə, Şəmkir, Şəki, Oğuz, Quba, Qusar, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, Qobustan, Yevlax, Göyçay, Zərdab, Lerik, Astara, Biləsuvarda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-də və dağlıq rayonlarda 7 dərəcəyədək şaxta qeydə alınıb.

www.yenicag.az

83
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv