Bəzi rayonların qaz təchizatı məhdudlaşdırılacaq
Qəbələ və Suraxanı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin ararılması ilə əlaqədar saat 15:00-dək Suraxanı rayonunun bir hissəsinə, saat 17:00-dək isə Qəbələ şəhəri də daxil olmaq rayonun Zarağan, Daşlıca, Aydınqışlaq, Vəndam və Nohurqışlaq kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq. (apa.az)












