Bıçaqla futbol sahəsinə girdi

media-hightechnic-468x90

sariya qirmizi gosterdiler meydana bicaqla qayitdiSakaryada birinci həvəskar liqasında oynanan matçda qırmızı kartla oyundan atılan futbolçu soyunub-geyinmə otağından götürdüyü bıçaqla futbol sahəsinə girmək istəyəndə saxlanılıb. Akyazı Kuzuluk sintetik meydançasında “Pazarköy” Təhsil İdman klubu ilə “Kuzulukspor” qarşılaşıb. Matçın 80-ci dəqiqəsində matçın hakimi Yunus Yıldırım “Pazarköy Eğitimspor”lu Yavuz Qırğı ilə “Kuzuluksporlu” Həmzə Sarıya qırmızı kart göstərərək meydançadan qovub. Matçın son dəqiqələrində qırmızı kart görməsinə hirslənən “Kuzulukspor”lu Həmzə Sarı soyunub-geyinmə otağına getdikdən sonra oradan götürdüyü bıçaqla meydana girmək istəyib. Əlində bıçaqla meydançanın girişinə qədər gələn, üzərində forma olan futbolçunu sahə içərisindəki asayişə nəzarət edənlər son anda görərək mane olublar. Möhkəm tutduğu bıçaqla yaxalanan futbolçu daha sonra jandarmlar tərəfindən saxlanılıb. “Pazarköy Eğitimspor”lu futbolçu, eyni zamanda vəkil də olan Yavuz Qırğı Həmzə Sarıdan şikayətçi olub. Sarı bu səbəbdən ifadəsi alınmaq üçün jandarm polis bölməsinə aparılıb. “Pazarköy Eğitimspor”lu rəhbərlər daha sonra şikayətdən imtina ediblər.

(olaylar.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600