!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bild": "Almaniya Rusiyanın seçkilərə müdaxilə edəcəyindən qorxur"

!Reklam – Yazi

Almaniyanın xüsusi xidmət orqanları Rusiyanın bu il, fevralın 23-də keçiriləcək Bundestaqın növbədənkənar seçkilərinə müdaxilə etməsindən ehtiyat edir.

Yenicag.az xəbər verir ki, bu barədə BILD nəşrinin məlumat yayıb.

Nəşrin məlumatına görə, xüsusi xidmət orqanları qeyd edir ki, Moskva 2024-cü ildə dezinformasiya kampaniyalarına 2 milyard avro xərcləyib və bu il də eyni məbləğdə vəsait ayırıb.
Hesabatda vurğulanır ki, Rusiyanın ixtiyarında yüz minlərlə saxta istifadəçi hesabından ibarət şəbəkə var. Həmçinin bu hesablar özlərini real istifadəçi kimi təqdim edərək, alman siyasətçilərini təhqir edir, onlara böhtan atır və milyonlarla yalan mesaj yayımlayır.

Bundan əlavə, media qurumu adı altında fəaliyyət göstərən çoxsaylı saxta saytlar və platformalar mövcuddur. Onlar dezinformasiya, saxtalaşdırılmış şəkillər və həqiqiliyi şübhə doğuran qısa videolar paylaşır.

Qəzet həmçinin qeyd edir ki, 2024-cü ildə seçicilərin şəxsi məlumatlarını və seçkilərlə bağlı informasiyanı ehtiva edən saytlar və serverlər mütəmadi olaraq kiber hücumlara məruz qalıb.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv