Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Biləsuvarda 2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarıldı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Suraxanı rayon sakinləri N.Manaflı və B.Nəcəfov Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər. Keçirilən şəxsi axtarış zamanı N. Manaflının üzərindən və əlindəki plastik qutudan ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

544
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100