Biləsuvarda qarlı hava şəraiti yol qəzalarına səbəb oldu

media-hightechnic-468x90

Biləsuvar rayonunda qarlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes sprinter” markalı yük və “Nissan X-Trail” markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və avtomobillər oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.

Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa