Bakıda mənzildə meyit aşkarlanıb.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
“112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
www.yenicag.az