!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədidə rəzalət - Binanın qarşısında tualet tikdilər

!Reklam – Yazi

Binəqədi rayonu son illər Bakı şəhərinin ən çox narazılıq doğuran rayonlarından biri kimi yadda qalıb.

Bu rayonda qanunsuz tikililər, yol kənarlarının qeyri-qanuni zəbt edilməsi və digər şikayətlər intensiv hal alıb.

Bunun nəticəsidir ki, ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən uzaqlaşdırılıb və barəsində müvafiq qurumlarda araşdırmalar aparılır.

Ötən gün isə Binəqədidə növbəti rəzalətə imza atılıb.

Belə ki, Binəqədi rayonu Əcəmi Naxçıvani 4B ünvanında yaşayan sakinlər redaksiyamıza müraciət edərək, yaşayış binasının düz yanında, insanların eyvanının ağzında qeyri-qanuni obyekt tikildiyini və bu azmış kimi insanların gəlib-getdiyi yolun üzərində ayaqyolu quraşdırıldığını bildiriblər. Bina sakinlərinin sözlərinə görə, ərazidə qanunda nəzərdə tutulmayan dükan inşa edilsə də, yerli sakinlər buna etiraz etmədilər, lakin dükanın yanında – insanların eyvanlarının düz qarşısında ayaqyolu inşa edilməsi həm qanunsuzdur, həm də razələtdir.

Dəfələrlə yerli icra orqanlarına müraciətlər edilməsinə baxmayaraq, dükan sahibləri özlərini qoçu kimi aparır, keçmiş icra başçısı Xaləddin İsgəndərova “haqq” verdiklərini bildirirlər. Həmin rəzaləti əks etdirən foto və video görüntüləri oxucularımıza təqdim edirik.

COP29

www.yenicag.az

2892
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv