Evlərində öldürüldükdən sonra yandırılan bir ailənin beş üzvü torpağa tapşırılıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Kastamonunun Bürmə kəndində amansızlıqla öldürülən, daha sonra isə evləri ilə birgə yandırılan 5 nəfərlik Çataloğlu ailəsi eyni tabutda basdırılıb. Polisin araşdırması nəticəsində məlum olub ki, onları oğrular öldürüb. Fazil Çataloğlu (63), həyat yoldaşı Səbahət (62), oğlu Emin (35), gəlini Şəngül (32) və nəvəsi Sərdar Çataloğlu (12) öz evlərində öldürülüblər, daha sonra isə cəsədlər evlə birlikdə yandırılıb.
Qeyd edək ki, cinayət işi çərçivəsində ailənin mal-heyvanını oğurlayan Ərhan K, qardaşı Ərsan K. və qardaşların qayınatası Əli Şahin saxlanılıb.
www.yenicag.az