Bir gecədə 40 separatçı öldürüldü
Bu gecə Kramatorsk aerodromu terrorçular tərəfindən minaatanlardan atəşə tutulub.
Bu barədə Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk məlumat verib.
“Anti-terror qüvvələri cavab atəşi açıblar. Nəticədə terrorçulara məxsus iki minaatan və 1 Mühəndis Deqradasiya Maşını məhv edilib”, – deyə Tımçuk bildirib.
Tımçukun sözlərinə görə, Ukrayna hərbçiləri arasında itki yoxdur. 40-a yaxın separatçı isə məhv edilib.