Hər gün istifadə etdiyiniz ev əşyalarının son istifadə tarixinin olduğunu bilirdinizmi?
Yenicag.az “A24.az”-a istinadən evə aldığınız bəzi əhəmiyyətli əşyaların son istifadə tarixini təqdim edir:
1 – Hamam lifləri
6 aydan sonra dəyişdirilməsi lazımdır. Lakin hamam liflərinin istifadə müddətini uzatmaq istəyirsinizsə, bu lifləri davamlı olaraq suda qaynadın. Üzərindəki bakteriyaları bu şəkildə öldürə bilərsiniz.
2 – Əmzik
Uşaqların doya bilmədiyi əmziklərin 2-5 həftə istifadə müddəti vardır. Əmziyin üzərində yarana bilən çatlarda mikroblar yığıla bilər. Ona görə də nə qədər istifadə edilməsinə və görüntüsünə baxmayaraq ən geci 5 həftədən bir dəyişdirilməlidir.
3 – Diş fırçası
3 aya qədər istifadə müddəti vardır. Diş fırçaları sadəcə köhnəldiyi zaman deyil, eyni zamanda qrip olandan sonra da dəyişdirilməlidir. Əks halda yenidən xəstə olmanız qaçılmazdır.
4 – İdman ayaqqabıları
1 ilə qədər istifadə müddəti vardır. 6 km qaçandan sonra idman ayaqqabıları sıradan çıxmağa başlayır. Bu isə oynaqlarımızın daha da yorulacağı mənasını verir.
5 – Yastıq
2-3 ildən sonra yastıqlarımız dəyişdirilməlidir. Yastıqlar evdə olan tozları üzərinə yığar, formaları dağıldığı üçün boyun ağrısına səbəb ola bilir.
6 – Əl-üz dəsmalı
1-3 il ərzində təzələnməlidir. Hətta bakteriya qaynağı olan dəsmalları yumaq da problemin həlli olmaya bilər.
7 – Büzqalter
Büzqalteriniz forma və quruluşunu itirdiyi, böyük və ya balaca olmağa başladığı zaman sizi narahat edirsə dərhal dəyişdirməlisiniz.
8 – Un
Evdə saxladığınızın unun 6-12 ay arasında istifadə edilməsi lazımdır. Əla keyfiyyətli un 1 ilə qədər istifadə edildiyi halda, keyfiyyətdə aşağı olan unlar isə 6 ay saxlanıla bilər.
9 – Evdə geyinilən ayaqqabılar
6 ay istifadə müddəti vardır. Göbələk xəstəliyinin yaranması üçün olduqca əlverişli olan ev ayaqqabıları mümkün olduqca tez-tez yuyulmalıdır.
10 – Ətir
Təbii yağ tərkibli ətirlər qapalı şəkildə saxlandığı zamanı 3 il, açıq qaldıqda 2 ilə qədər qala bilər.
11 – Saç darağı
Saçlarınızı daradığınız daraqları həftədə bir dəfə təmizləməli, ildə bir dəfə isə dəyişdirməlisiniz.
12 – Ədviyyatlar
1-3 ilə qədər istifadə müddəti vardır. Çünki saxlanılan ədviyyatlar vaxt keçdikcə dadını və qoxusunu itirir.