Bir neçə yüksəklik və düşmən postu ordumuzun nəzarətinə keçdi

media-hightechnic-468x90

Dünən gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusuna qarşı təxribata yol açıb.

Yenicag.az xəbər verir ki, Ermənistanın təxribatlarından sonra Azərbaycan ordusu Ermənistan-Azərbaycan dövlət sərhədi boyu əməliyyatlar həyata keçirib.

Məlumata görə, erməni tərəfinin bütün mühəndis istehkamları, hərbi obyektləri tamamilə sıradan çıxarılıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan 49 hərbçi itirdiklərini desə də, əldə edilən məlumata görə, qarşı tərəfin itkiləri 100-dən daha çoxdur. Hər zaman olduğu kimi, erməni tərəfi itkilərini ictimaiyyətdən gizlədir.

Azərbaycanın keçirdiyi əməliyyatlar nəticəsində həm də bir neçə yüksəklik və qarşı tərəfin postları Azərbaycan ordusunun nəzarəti altına keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600