!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir ölkədə daha eftanaziya qanuniləşdirildi

!Reklam – Yazi

İspaniya eftanaziyanın qanuni şəkildə həyata keçiriləcəyi 8-ci ölkə oldu.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, cari ilin 18 martında uzun mübahisələrdən sonra ispan parlamenti tərəfindən qəbul edilən eftanaziya qanunu bu gündən etibarən qüvvəyə minib.

Qanuna görə, yaşı 18-dən böyük hər bir ispan vətəndaşı müalicəsi olmayan xəstəliklərdə eftanaziya tələb edə biləcək. Yazılı tələb 15 gün ərzində yenilənə bilər.

Qanunun qüvvəyə minməsilə İspaniya eftanaziyanın tətbiq edildiyi 8-ci ölkə olub.

Qeyd edək ki, eftanaziya çarəsiz xəstəliklərə yaxalanan, xəstəlikdən dolayı çox ağrı çəkən şəxslərin öz istəklərilə yaşamlarının sonlandırılması prosesidir. Dünyanın əksər ölkələrində bu proses qeyri-qanuni olaraq həyata keçirilir.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv