Birinci xanım Prezidentin xəyanətlərindən yazdı

media-hightechnic-468x90

first-lady-den-intikam-kitabi-1032651YENİCAG.AZ xəbər verir ki, Fransa prezidenti Fransua Hollandın köhnə sevgilisi Valerie Trierweilerin bu gün satışa çıxan  ‘Hələlik Təşəkkürlər” adlı kitabında qələmə aldığı detallar ölkədə böyük səs-küyə səbəb olub.

Fransa prezidenti Fransua Hollandın köhnə sevgilisi, Valerie Trierweilerin onun sirlərini yaydığı kitabı ölkə gündəmini zəbt edib. Yayılan məlumata görə  ‘Merci pour le moment’ (Hələlik Təşəkkürlər) adlı kitabda, Hollande-ın aktrisa Julie Gayet ilə əlaqəsinə və Trierweiler ilə ayrılıqlarına dair maraqlı detallar yer alır.

Trierweiler, Gayet və Hollande-ın əlaqəsi olduğunu öyrəndiyi günü, “Yataqda televiziya izləyirdi. Xəbəri gördüm. Doğru olub olmadığını soruşdum. Gözlərini qaçırdı. Sonra duşa qaçıb içində yuxu dərmanları olan çantanı aldım. François da arxamca gəldi. Çantanı əlimdən almaq istəyərkən cırıldı. Yerə düşən dərmanlardan götürə bildiklərimi uddum. Yaşamaq istəmirdim. Yatmaq, qaçmaq istəyirdim “cümlələriylə izah etdi. Bu cümlələrdən köhnə “First Lady”-in intihar etməyə çalışdığına dair müzakirələr edildi.

Trierweiler ayrıldıqdan sonra Hollande-ın ona gündə təxminən 29 mesaj yolladığını da yazdı. Köhnə first lady, “Mənə ehtiyacı olduğunu söyləyirdi. Hər gecə onunla yemək yeməyimi təklif edirdi. Məni seçkilər kimi qazanacağını söyləyirdi ” deyə açıqlama verib. Trierweiler Hollande-ın evlənmə təklif etdiyini də vurğulayıb.

Trierweilerin kitabında, həmçinin Hollande-ın kasıbları sevmədiyini’ də qeyd edib. O, kitabında yazıb ki, “əslində prezident kasıbları sevmir. Onlara ‘dişsizlər’ deyir. Kitabda yazılanların bəziləri cəmiyyətə sızdıqda Prezident Sarayı Elyseedən “prezident çox təəccübləndi” açıqlaması edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600