UEFA Çempionlar Liqası tarixi ərzində çıxış etmiş klubların reytinq siyahısı açıqlanıb.
Yenicag.az xəbər verir ki, siyahıda “Qarabağ”ın da adı var.
Ağdam klubu 33 xalla 100-cü pillədə qərarlaşıb.
Çempionlar Liqasında 5 dəfə iştirak edən Qurban Qurbanovun komandası qitənin bir nömrəli turnirində təsnifat mərhələləri daxil olmaqla 30 oyun keçirib. “Köhlən atlar” bu matçların 11-də qələbə qazanıb, 11-də isə heç-heçə edib. Son ölkə çempionu 8 görüşdə meydanı məğlub tərk edib.
Qeyd edək ki, siyahıya 590 xalla İspaniya “Real” klubu başçılıq edir. Almaniya “Bavariya”sı 462 xalla ikinci, İspaniyanın digər klubu “Barselona” isə 427 xalla 3-cü yerdədir. Siyahıda 513 komanda yer alıb.
www.yenicag.az