!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Birja iştirakçıları növbəti ili gözləyir: Dollar ucuzlaşır

!Reklam – Yazi

dollarABŞ dollarının indeksi 0,11% zəifləyərək 102,98 bənd səviyyəsində qərarlaşıb ki, bu da həftəlik minimum olan 103,65 bəndə yaxındır.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, avronun dollara qarşı məzənnəsi 0,12% möhkəmlənərək 1,0448 dollara çatıb. Beləliklə, avro 14 illik minimum hesab olunan 1,0350 dollar səviyyəsindən uzaqlaşa bilib.

Yaponiya bazarı artıq işini dayandırıb. Son ticarət sessiyasının yekununda dollar 0,09% ucuzlaşaraq 117,42 yenə qədər enib. Maraqlıdır ki, bunadək dollar 118,66 yen səviyyəsinə qədər bahalaşa bilib ki, bu da cari ilin fevral ayının əvvəlindən ən yüksək göstəricidir.

Qarşıdan gələn bayram tətili öncəsi valyuta bazarlarının aktivliyi zəifləyib. Lakin bazar iştirakçıları yeni ildə dolların möhkəmlənməsini gözləyir. Bunun əsas səbəbi ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artmasıdır.

Ötən gün açıqlanan statistik göstəricilərə əsasən, 2016-cı ilin III rübündə ABŞ-ın ÜDM-i proqnozlaşdırılandan daha sürətlə artıb.

Yenicag.az

COP29

www.yenicag.az

642
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv