Bitkilərə və buludlara sahib yeni ekzoplanet kəşf olundu

media-hightechnic-468x90

planetAstronom, yeni kəşf etdiyi ekzoplanetə Proxima b adını verib.

Nature elmi jurnalın 2016-cı il Top-10 alimlər siyahısına daxil olmuş ispaniyalı Guillem Anglada-Escude, yeni ekzoplanet kəşf edib. Onun sözlərinə əsasən yeni kəşf etdiyi ekzoplanetdə buzlar, buludlar və bitkilər mövcuddur.

“Mənim təsəvvürümdə Proxima b, Mars-a bənzəyir. Lakin bizim sistemimizdəki Mars-dan fərqli olaraq Proxima b-də buzlar, buludlar və bitkilər var” – deyə o qeyd edib. Həmçinin alim qeyd edib ki, Proxima b-nin səthi okeanla əhatə oluna bilər. Alim həmin ekzoplanetə kosmik aparatın göndərilməsi ideyasının vacibliyini də bildirib. Proxima b-də 1 il, 11.2 Yer sutkasına bərabərdir. Onun kütləsi Yer kütləsindən 1.3 dəfə böyükdür. Səthindəki temperatur isə 0 dərəcəyə bərabərdir.(Technote.az)

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600