Dünyanın ən populyar kriptovalyutası olan bitkoin 4 min dollar həddindən aşağı düşüb.
Yenicag.az xəbər verir ki, bu göstərici 2017-ci ilin sentyabrından bəri ilk dəfə qeydə alınıb.
Ötən gün bitkoinin qiyməti sutka ərzində 10,17 faiz azalaraq 3 879 dollara bərabər olub.
Sonrakı saatlarda bitkoin qiymətini bir qədər bərpa edərək 3 976 dollaradək artıb.
Xatırladaq ki, ötən ilin dekabrında bitkoinin qiyməti 20 min dollaradək yüksəlmişdi./Trend/
www.yenicag.az