!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitməyən Rusiya-Ukrayna MÜHARİBƏSİ: “Tramp hakimiyyətə gələrsə…”

!Reklam – Yazi

“Ukrayna ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gələcəyi təqdirdə yardımların kəsiləcəyindən narahatdır”.

Bunu Rusiya-Ukrayna müharibəsi fonunda keçən iki il ərzində baş verən prosesləri təhlil edən politoloq Emil Əliyev Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə Rusiya-Ukrayna müharibəsinin başlanmasından iki il ötsə də istər münaqişəli tərəflər, istərsə də onların müttəfiqləri üçün sülh sazişinin bağlanması istiqamətində əlverişli zəmin yaranmayıb:

“Düşmənini nə dövlət, nə də ölkə kimi tanımadığını və öz maraqlarını nəyin bahasına olur-olsun təmin edəcəyini iddia edən Rusiyanın qarşısında, Ukrayna beynəlxalq səviyyədə tanınan sərhədlərin bərpası üçün qətiyyətli mövqe sərgiləyir. Min kilometrə qədər uzanan cəbhə xəttinin forması 2022-ci ilin payızından bəri çox az dəyişib. İki il əvvəl genişmiqyaslı işğaldan sonra bir neçə ay ərzində Ukrayna Rusiya qüvvələrini şimaldan və paytaxt Kiyev ətrafından geri qovdu. Həmin ilin sonunda şərqdə və cənubda da geniş əraziləri geri aldı. Bununla belə, indi Rusiya qüvvələri bölgədə möhkəm istehkamlarla məskunlaşıb.

Ukraynalılar silah-sursatlarının tükəndiyini deyirlər. Fevralın ortalarında Rusiya qoşunları Ukraynanın şərqindəki strateji əhəmiyyətli Avdeуevka şəhərini də işğal etdilər. Bu rus qüvvələrinin Baxmutdan sonrakı böyük uğurlarından biridir. Çünki potensial olaraq daha dərinlərə irəliləmək mümkündür. Kiyev isə qoşunların geri çəkilməsini taktiki gediş olaraq qiymətləndirib. Hazırda Ukraynanın təxminən 18 faizi Rusiyanın işğalı altındadır.

Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, son iki il ərzində Ukraynaya böyük miqdarda hərbi, maliyyə və humanitar yardım göndərilib, o cümlədən 2024-cü ilin yanvarına qədər Avropa İttifaqı təsisatlarından təxminən 92 milyard dollar və ABŞ-dən 73 milyard dollar ayrılıb. Qərbin verdiyi tanklar, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli artilleriya Ukraynaya xeyli kömək edib. Bununla belə, müttəfiqlərin Ukraynanı nə qədər real dəstəkləyə biləcəyi müzakirə mövzusu olaraq qalırdı. Bu müddətdə yardım axını da azalıb. ABŞ Konqresinin Ukraynaya təklif etdiyi 60 milyard dollarlıq yeni yardım paketi daxili siyasi didişmələr səbəbindən təsdiqlənməyib.

Ukrayna tərəfdarları ABŞ-də noyabr ayında keçiriləcək prezident seçkilərində Donald Trump-ın Ağ Evə qayıtması halında ABŞ-ın dəstəyinin kəsiləcəyindən narahatdırlar. Aİ fevral ayında 54 milyard dollarlıq yardım paketini təsdiqləyib.

Rusiyanı dəstəkləyənlər arasında Ukraynanın qonşusu Belarus da var. Minsk administrasiyası Rusiya qoşunlarına Ukraynaya çatmaq üçün öz ərazisindən və hava məkanından istifadə etməyə icazə verir. ABŞ və Aİ İranın Rusiyaya “Şahid” tipli pilotsuz uçuş aparatları (PUA) verdiyini bildirib. Tehran etiraf edir ki, o, müharibədən əvvəl Rusiyaya az sayda PUA tədarük edib. PUA-ların Ukraynada hədəfləri vurmaqda effektivliyi sübuta yetirilib. Müharibədə PUA-lara hava hücumundan müdafiə sistemlərindən yayınma qabiliyyətinə görə hər iki tərəfdən tələbat var.

Sanksiyalar Qərb ölkələrinin ümid etdiyi kimi nəticə vermədi və Rusiya həm neftini satmağa, həm də hərbi sənayesi üçün hissələri və komponentləri təmin etməyə davam edir. Rusiya Prezidenti bildirib ki, bu məqsədlərə “denasifikasiya” və ya başqa sözlə, ifrat sağçıların təsirinə işarə edən və əsassız iddialara əsaslanan “denasifikasiya” (“Nasistilərdən xilas etmə”) ideyası da daxildir. Putin, həmçinin deyir ki, o, “neytral, silahsızlaşdırılmış” Ukrayna istəyir və NATO-nun öz təsir dairəsini şərqə doğru genişləndirməsinə qarşı çıxmaqda davam edir. Beləliklə, iki slavyan xalqının bir-biri ilə amansız, qanlı mübarizəsi beynəlxalq təhlükəsizliyi də ciddi şəkildə təhdid etməkdədir. Ukrayna xalqına daha çox iztirablar gətirən bu amansız müharibə uzandıqca dünyada sülh, dinc yanaşı yaşama kimi beynəlxalq hüququn təməl prinsipləri də məhv edilməkdədir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

356
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv