Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir

Ölkəmizdə koronovirus infeksiyanın yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması, eləcə də şagirdlərin musiqi tədrisinin ev şəraitində davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət” layihəsi həyata keçirilir.

Mədəniyyət Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, layihə çərçivəsində lentə alınan musiqi dərslərinin ilk efir buraxılışı aprelin 1-də saat 18.30-da yayımlanıb.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən yayımlanan ilk musiqi dərsi klarnet sinfinin 1-ci sinifləri üçün nəzərdə tutulub. Dərs məktəbin direktoru, Əməkdar artisti Əziz Qarayusifli tərəfindən təqdim edilib.

3 hissədən ibarət 30 dəqiqəlik musiqi dərsində müəllim əvvəlcə ibtidai siniflər üçün tövsiyə edilən dərsliklər barədə danışaraq, bu vəsaitlərindən istifadə haqqında bəhs edib. Sonra düzgün ifa qaydaları izah edilib, notların düzülüşü və ifa, nəfəs alma variantları ilə bağlı tapşırıqlar verilib. Dərsin üçüncü hissəsi klarnet aləti üçün musiqi pyeslərinə həsr olunub. Bu zaman şagirdlərə nüanslara, templərə diqqət yetirmək tapşırığı verilib.

Qeyd edək ki, “Mədəniyyət” kanalı ilə musiqi dərsləri həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.

www.yenicag.az

222
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100