“Bizim aramızda sərhəd olmamalıdır”

media-hightechnic-468x90

83937Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov Rusiya ilə tanınmamış Abxaziya respublikası arasında sərhədi götürməyi təklif edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, Surkov bu məsələnin ikitərəfli razılaşdırıldığını bildirib. O, qondarma Abxaziya lideri Raul Hacimbo ilə görüşündən sonra “Bizim aramızda sərhəd olmamalıdır”, – deyib. Surkov həmçinin bildirib ki, Rusiyada vəziyyətin gərgin olmasına baxmayaraq, Putin Abxaziyaya ayrılan yardımı azaltmayacaq.

Qeyd edək ki, keçən il noyabrın 24-də Rusiya ilə Abxaziya arasında strateji və digər sahələrdə əməkdaşlıq haqqında razılıq əldə edilib. Sənəddə göstərilən hərbi əməkdaşlıq haqqında razılığa əsasən, tərəflər hərbi müdaxilələr zamanı bir-birinə hərbi dəstək göstərməlidirlər. Bundan başqa, Rusiya hər il Abxaziyaya sərmayə qoyuluşu üçün 4 milyard rubl (49 milyon 600 manat) maddi vəsait ayrımağı planlaşdırır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa