Blinken Ankaradakı terror aktını pislədi

media-hightechnic-468x90

ABŞ Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi entoni Blinkenin “X” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar bu gün Ankarada Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı törədilən hücumu pisləyir. Zərərçəkənlərin tezliklə sağalmasını arzulayırıq”, – bəyanatda bildirilir.

Blinken əmin edib ki, Birləşmiş Ştatlar “bütün formalarda terroru rədd edir və NATO tərəfdaşı olan Türkiyəni və türk xalqını qəti şəkildə dəstəkləyir”./Yenisabah/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600