BMT insan zorakılığı ilə bağlı hesabatını açıqladı

media-hightechnic-468x90

thumb_doyulme_606Hər il bütün dünyada milyonlarla insan zorakılığa məruz qalır, yüzminlərlə insan isə qatil qurbanına çevrilir.

Belə bir qənaət BMT-nin zorakılıq profilaktikası sahəsində işlərin vəziyyəti barədə Cenevrədə dərc edilən hesabatında yer alır.

Qeyd edək ki, bu, BMT ekspertləri tərəfindən hazırlanan ilk oxşar araşdırmadır.

Sənədə əsasən, 2012-ci ildə dünyada təxminən 475 min nəfər öldürülüb. Onların təxminən 60%-i 15-44 yaşlı kişilərdir.

Daha çox qətl hadisəsi Amerika qitəsindəki aşağı və orta gəlir səviyyəli dövlətlərdə qeydə alınıb (100 min nəfərə 28.5 qətl). Ən az belə hal isə Qərbi Sakit okeanı regionundadır (100 min nəfərə 2.1 qətl).

Hesabatda deyilir ki, zorakılıqdan, ilk növbədə qadınlar, uşaqlar və ahıl insanlar əziyyət çəkirlər. Bütün yetkin insanların dörddəbiri uşaqlıqda fiziki zorakılığa məruz qalıb.

(salamnews.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600