BMT İranla bağlı qətnaməni qəbul etdi

media-hightechnic-468x90

BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranda insan haqlarının geniş şəkildə pozulmasına qarşı qətnaməni təsdiqləyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qətnamədə digər məsələlərlə yanaşı, ölüm hökmünün icrasının artırılmasına qarşı xəbərdarlıq edilib, edamların sayının artırmasının İranın beynəlxalq öhdəliklərinə zidd olduğu bildirilib.

Noyabrın 20-də təsdiqlənən qətnamədə BMT İranda ölüm hökmünün tətbiqinin narahatedici səviyyədə artımını kəskin şəkildə pisləyib:

“Bəzi edamlar məcburi etiraflara əsaslanaraq, ədalətli mühakimə və lazımi proses olmadan həyata keçirilir”.

BMT həmçinin etnik və dini azlıqlara, o cümlədən bəhai təriqətinə mənsub şəxslərə ölüm hökmünün tətbiqindən ciddi narahatlığını ifadə edib, qadınların edamının davam etdirilməsini qınayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05