BMT-nin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyəti mayın 24-də Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Yenicag.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.