BMT türk ölkəsinə Putini həbs etməyi tövsiyə edir

media-hightechnic-468x90

BMT Qazaxıstana Roma Əsasnaməsini ratifikasiya etməyi tövsiyə edir.

Yenicag.az xəbər verir ki, bu barədə “Kaztag” məlumat yayıb.

“İnsan Haqları Şurası, “Human Rayts Votç” təşkilatı və BMT-nin insan haqları üzrə ekspertləri Qazaxıstana Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməyi tövsiyə edib”, – məlumatda deyilir.

Qeyd edək ki, əsasnamə ratifikasiya olunarsa, Qazaxıstan Roma Nizamnaməsinin 59-cu maddəsinə uyğun olaraq Rusiya Prezidenti Vladimir Putini respublika ərazisinə ayaq basan kimi həbs etməyə, sonra isə onu beynəlxalq proseslərin aparılması üçün Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməyə borclu olacaq, çünki BCM 2023-cü ilin martında Putinin həbsinə order verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600