BMT Venesuelanı səsvermə hüququndan məhrum edib

media-hightechnic-468x90

Venesuela üzvlük haqqının ödənilmədiyi səbəbindən BMT Baş Assambleyasında səsvermə hüququnu itirib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Srefan Düjarrik bildirib.

“BMT-nin Xartiyasına uyğun olaraq, hazırda 6 ölkə səsvermə hüququndan məhrumdur. Bunlar Kabo-Verde, Liviya, Papua-Yeni Qvineya, Sudan, Vanautu və Venesueladır”, deyə S. Düjarrik bildirib.

BMT-yə 24 milyon dollar borcu olan Venesuela son üç il ərzində ikinci dəfədir ki, səsvermə hüququndan məhrum edilir. BMT katibliyi borclu ölkələri təşkilatda tam üzvlüklərini bərpa etmək üçün tezliklə borclarını ödəməyə çağırıb.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600